Bank Of Baku

Qazaxıstanda yeni Konstitusiya ilə bağlı referendumun keçiriləcəyi tarixi təyin edilib

Qazaxıstanda yeni Konstitusiya ilə bağlı referendumun keçiriləcəyi tarixi təyin edilib
# 12 fevral 2026 09:44 (UTC +04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiya ilə bağlı referendumun keçiriləcəyi tarixi təyin edib.

APA Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, referendum 15 martda keçiriləcək.

Təklifə əsasən, Konstitusiyanın mətninin 84%-i (77 maddə) dəyişdiriləcək. Referendumda isə seçicilərə yalnız bir sual təqdim olunacaq:

“Kütləvi informasiya vasitələrində 12 fevral 2026-cı ildə dərc olunmuş Qazaxıstan Respublikası Konstitusiyasının yeni layihəsini təsdiqləyirsinizmi?”

Dəyişikliklər, xüsusilə, hazırkı iki palatalı parlament sistemi əvəzinə birpalatalı parlamentə keçidi nəzərdə tutur. Həmçinin prezidentin parlamentin razılığı ilə təyin edəcəyi vitse-prezident vəzifəsinin bərpası təklif olunur. Prezidentin əsas vəzifələrə təyinatlarla bağlı səlahiyyətləri genişləndirilir, ikili vətəndaşlığa qadağa tətbiq edilir və Qazaxıstan vətəndaşlığından məhrum etmə əsasları dəqiqləşdirilir. Eyni zamanda Konstitusiyada nikahın kişi və qadının ittifaqı olduğu təsbit olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR