Bank Of Baku

Qriqoryan Ursula von der Leyenin müşaviri ilə "Tramp marşrutu"nu müzakirə edib

Armen Qriqoryan, Simon Mordyu

© APA | Armen Qriqoryan, Simon Mordyu

# 03 noyabr 2025 15:51 (UTC +04:00)

Brüsselə işgüzar səfəri zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan noyabrın 3-də Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin diplomatik müşaviri Simon Mordyu ilə görüşüb.

APA "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının aparatından məlumat verilib.

Təhlükəsizlik Şurasının katibi qarşı tərəfə Ermənistanın sülhün institutlaşması istiqamətində atılan addımlarla bağlı baxışını təqdim edib, həmçinin “Tramp marşrutu”nun regional kommunikasiyaların açılması və geniş iqtisadi imkanların təmin edilməsi kontekstində əhəmiyyətini vurğulayıb.

Görüşdə ikitərəfli əməkdaşlığın mümkün istiqamətləri müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR