Paşha Bank
Bank Of Baku

Rəsmi Moskva: Avropadakı iğtişaşlar xaosa doğru gedir

Rəsmi Moskva: Avropadakı iğtişaşlar xaosa doğru gedir
# 19 oktyabr 2026 14:34 (UTC +04:00)

Avropadakı iğtişaşlar böyük bir böhrandır və artıq xaosa doğru gedir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Fransadakı etiraz aksiyaları zamanı yaşanan hadisələri şərh edərkən bildirib.

Onun sözlərinə görə, Fransada başlayan etirazlar artıq İtaliyaya və digər ölkələrə yayılmaqdadır.

"Bu böhranın sistemli olub-olmadığını demək çətindir. Lakin aydındır ki, bu, böyük böhrandır. Fransanın böyük şəhərlərindəki bu iğtişaşlar faktiki olaraq xaosa doğru gedir, etirazların artıq İtaliyaya və digər ölkələrə keçdiyini görürük. Burada açıq-aydın böhran təzahürü görünür. Lakin bu? həmin ölkələrin daxili işidir", - Kremlin sözçüsü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR