Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində yaşayış binasına düşən raket qalıqları nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
APA xəbər verir ki, bu barədə vilayətin qubernatoru Yuri Slyusar məlumat verib.
Bildirilib ki, yaşayış binasına düşən qalıqlar nəticəsində yerli sakin həyatını itirib. Yaralanan şəxsə tibbi yardım göstərilir.
Hadisədən sonra zədələnmiş binanın sakinləri təxliyə olunub. Onlar üçün müvəqqəti yerləşdirmə məntəqəsi yaradılıb.