Bank Of Baku

Rusiya Ali Məhkəməsi Navalnının fondunu terror təşkilatı kimi tanıyıb

Aleksey Navalnı

© APA | Aleksey Navalnı

# 27 noyabr 2025 16:05 (UTC +04:00)

Rusiya Ali Məhkəməsi Baş Prokurorluğun iddiasına əsasən Korrupsiya ilə mübarizə Fondunu (FBK) terror təşkilatı kimi tanıyıb.

APA-nın Moskva bürosu xəbər verir ki, məhkəmə Fondun terror təşkilatı kimi tanımaq qərarının dərhal icra edilməli olduğunu açıqlayıb.

Qeyd edək ki, Korrupsiya ilə Mübarizə Fondu 2011-ci ildə müxalif siyasətçi, 2024-cü ilin fevralında cəzaçəkmə müəssisəsində ölən Aleksey Navalnı tərəfindən yaradılıb.

Rusiya daha əvvəl FBK-nı ekstremist təşkilat, xarici agent kimi tanıyıb və bu təşkilatın fəaliyyəti Rusiya Federasiyasında qadağan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR