Bank Of Baku

Rusiya Almaniya səfirliyinin bir əməkdaşını ölkədən çıxarır

Rusiya Almaniya səfirliyinin bir əməkdaşını ölkədən çıxarır
# 05 fevral 2026 13:44 (UTC +04:00)

Almaniya diplomatik missiyasının rəhbəri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Məlumata görə, Rusiya cavab olaraq Moskvadakı Almaniya səfirliyinin bir əməkdaşını ölkədən çıxarır.

Almaniyadakı Rusiya səfirliyinin əməkdaşının arzuolunmaz şəxs elan edilməsi ilə əlaqədar Moskvadakı Almaniya diplomatik nümayəndəliyinin rəhbərinə sərt etiraz bildirilib.

Qeyd olunub ki, Rusiya Almaniyanın hərəkətlərini Almaniyadakı Rusiya diplomatik nümayəndəliyini nüfuzdan salmağa yönəlmiş alçaq təxribat kimi qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR