Rusiya Böyük Britaniyaya yeni səfir təyin edəcək.
“Reuters”in xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, yeni səfirin təyin olunmasının Rusiya Prezidenti Vladimir Putinin səlahiyyətində olduğunu bildirib.
Zaxarova sabiq səfir Andrey Kelinin Britaniya ilə əlaqələrin çox çətin dövründə fəaliyyət göstərdiyini qeyd edib və Londonu ikitərəfli münasibətləri tamamilə məhv etməyə çalışmaqda ittiham edib.
Qeyd edək ki, Rusiyanın Britaniyadakı sabiq səfiri Andrey Kelin iyul ayında bu vəzifədən gedib.