Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əsir mübadiləsi “160-ın 160-a” formatında baş tutub.
Rusiya MN əsirlikdən qayıdan rusiyalı hərbçilərin hazırda Belarusda olduğunu, əsir mübadiləsində humanitar vasitəçi kimi BƏƏ-nin çıxış etdiyini açıqlayıb.