Rusiya Mərkəzi Bankı ardıcıl doqquzuncu dəfə uçot dərəcəsini endirib.
APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya Bankı bu dəfə əsas faiz dərəcəsini 0,25 faiz azaldaraq 14,5-dən 14,25%-ə endirib.
Rusiya Bankından verilən açıqlamada qeyd olunub ki, ölkədə iqtisadi artım ilin əvvəlində azaldıqdan sonra orta tempdə davam edir: “İllik inflyasiya apreldəki 5,7%-dən 5,6%-ə qədər bir qədər azalıb. İl üçün inflyasiya proqnozu dəyişməz olaraq 4,5-5,5% səviyyəsində qalır. İnflyasiya 2027-ci ildə və ondan sonrakı illərdə hədəf səviyyəsində qalacaq. İstehlakçı tələbatının artımı sürətlənib və investisiya fəaliyyəti bir qədər artıb, lakin zəif olaraq qalır. İşsizlik tarixi minimum səviyyədə qalır və şirkətlərin əmək haqqı indeksləşdirmə planları geriləyir. İnflyasiya riskləri üstünlük təşkil edir”.