Bank Of Baku

Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib

Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib
# 27 iyun 2026 16:46 (UTC +04:00)

Rusiya Müdafiə Nazirliyi Nikolayev vilayətində yerləşən aerodroma endirilən zərbə nəticəsində Ukraynaya məxsus iki MiQ-29 qırıcı təyyarəsinin məhv edildiyini bildirib.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Nazirliyin iddiasına görə, zərbə nəticəsində Nikolayev vilayətindəki hərbi aerodromda yerləşən Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki MiQ-29 qırıcı təyyarəsi sıradan çıxarılıb.

Rusiya MN həmçinin bildirib ki, son sutka ərzində Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi aerodrom infrastrukturu, silah-sursat anbarları və pilotsuz uçuş aparatlarının istehsal və saxlanma məntəqələrinə də zərbələr endirib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin bu iddiaları Ukrayna tərəfi tərəfindən hələlik təsdiqlənməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR