Bank Of Baku

Rusiya MN: Ukrayna Donetskdə xəstəxanaya PUA-larla zərbə endirib, 8 tibb işçisi ölüb

Rusiya MN: Ukrayna Donetskdə xəstəxanaya PUA-larla zərbə endirib, 8 tibb işçisi ölüb
# 12 mart 2026 19:15 (UTC +04:00)

Ukrayna ordusu Rusiyanın nəzarətində olan Donetsk vilayətinin tibb müəssisəsinə PUA-larla zərbə endirib.

APA-nın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, PUA hücumu nəticəsində səkkiz tibb işçisi ölüb, 10 nəfər yaralanıb.

"10 mart tarixində, Moskva vaxtı ilə təxminən saat 3:40-da Ukrayna "Donetsk Xalq Respublikası"ndakı stasionar tibb müəssisəsinə PUA-dan istifadə edərək zərbə endirib. Zərbə zamanı müəssisədə 130-dan çox xəstə və təxminən 50 tibb işçisi olub. Hücum nəticəsində səkkiz tibb işçisi ölüb. Doqquz tibb işçisi də daxil olmaqla daha on nəfər müxtəlif dərəcədə yaralanıb", Rusiya MN-in məlumatında qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR