Bank Of Baku

Rusiya MN: Ukrayna son üç gündə Kursk vilayətinə ATACMS-la iki zərbə endirib

Rusiya MN: Ukrayna son üç gündə Kursk vilayətinə ATACMS-la iki zərbə endirib
# 26 noyabr 2024 17:10 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələri son üç gündə Kursk vilayətindəki hədəflərə uzaqmənzilli Qərb silahları ilə iki zərbə endirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ilk zərbə noyabrın 23-də beş ATACMS raketi ilə Rusiyanın S-400 zenit diviziyasının mövqeyinə endirilib, 3 raket məhv edilib, 2-si hədəfə çatıb.

"İkinci zərbə noyabrın 25-də Kursk-Vostochnıy aerodromuna səkkiz ATACMS operativ-taktiki raketi ilə endirilib. Həmin raketlərdən yalnız biri hədəfə çatıb", - deyə Rusiya MN-nin məlumatında bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR