Bank Of Baku

Ermənistan müqaviləni ləğv etmək qərarına gəlsə, Rusiya Dəmir Yolları investisiyalarının qaytarılmasını istəyəcək

Ermənistan müqaviləni ləğv etmək qərarına gəlsə, Rusiya Dəmir Yolları investisiyalarının qaytarılmasını istəyəcək
# 30 iyul 2026 21:37 (UTC +04:00)

Rusiya tərəfi 2008-ci il konsessiya müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirir: səhmdarlara heç bir dividend ödənilməyib, bütün mənfəət dəmir yolunun inkişafına yönəldilib və 2008-ci ildən 2025-ci ilə qədər Rusiya Dəmir Yolları və Cənubi Qafqaz Dəmir Yolları tərəfindən ümumi investisiya təxminən 396,3 milyon dollar təşkil edib.

APA xəbər verir ki, bunu Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozerov TASS-a açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, konsessiya Ermənistana büdcəyə yük olmadan müasir dəmir yolu əldə etməyə imkan verib. Cənubi Qafqaz Dəmir Yolları ölkənin ən böyük işəgötürənlərindən biri olaraq qalır və 2500 işçisinin əmək haqqını müntəzəm olaraq indeksləşdirir. Belozerov sərnişin donanmasının yenilənməsini, 2021-ci ildə 27 yeni vaqonun gətirilməsini və 2024-cü ildə Debed çayının daşmasının nəticələrinin birgə aradan qaldırılmasını qeyd etdi.

Belozerov vurğulayıb ki, tərəflərin bütün hüquq və öhdəlikləri müqavilədə təsbit olunub. Əgər Ermənistan müqaviləyə xitam vermək və ya onun şərtlərini dəyişdirmək qərarına gəlsə, Rusiya Dəmir Yolları yatırdığı investisiyaların geri qaytarılmasını gözləmək hüququna malikdir.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dəmir yolu ilə bağlı yaranmış mübahisənin arbitraj məhkəməsinə çıxarıla biləcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR