Bank Of Baku

Rusiya qüvvələri ötən gecə 306 Ukrayna PUA-sını vurub

Rusiya qüvvələri ötən gecə 306 Ukrayna PUA-sını vurub
# 07 sentyabr 2026 09:57 (UTC +04:00)

Rusiya hava hücumundan müdafiə qüvvələri ötən gecə ərzində 306 Ukrayna PUA-sını vurub.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dronlar Nijni Novqorod, Samara, Saratov və Ulyanovsk vilayətləri, eləcə də Krım, Tatarıstan, Udmurtiya, Çuvaşiya respublikaları və Perm diyarı üzərində vurulub.

Bundan başqa, Rusiya MN Ukraynanın İzmail və Çernomorsk limanlarına zərbələr endirildiyini açıqlayıb.

"Çernomorskda bazar günü axşamı hərbi texnika daşıyan "Mavka" quru yük gəmisinə hücum edilib. Bazar ertəsi səhəri İzmaildə yükləmə kompleksinə zərbə endirilib.
Qara dənizdə patrul gəmisinə zərbə endirilib", Rusiya MN-nin məlumatında qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR