Bank Of Baku

Rusiya rəsmi olaraq İşgəncələrə Qarşı Avropa Konvensiyasından çıxıb

Rusiya rəsmi olaraq İşgəncələrə Qarşı Avropa Konvensiyasından çıxıb
# 02 noyabr 2026 16:56 (UTC +04:00)


Rusiya rəsmi olaraq İşgəncələrə Qarşı Avropa Konvensiyasından çıxıb.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiyanın 2025-ci ilin sentyabrında elan edilən İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Konvensiyasından çıxması noyabrın 1-dən qüvvəyə minib.

Qeyd edək ki, Avropa Şurasının 46 hazırkı üzv dövləti tərəfindən ratifikasiya edilmiş İşgəncələrin və Qeyri-insani rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası məhbusları potensial zorakılıqdan qorumağı hədəfləyir və xüsusilə həbsxana monitorinqini təmin edir. 29 sentyabr 2025-ci ildə Rusiya Prezidenti Vladimir Putin parlament tərəfindən qəbul edilmiş və Avropa Şurasını Rusiyaya qarşı "ayrı-seçkilikdə" günahlandıran və ölkənin İşgəncələrə Qarşı Avropa Konvensiyasından çıxmasını rəsmiləşdirən qanunu imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR