Bank Of Baku

Rusiya son sutkada Ukraynanın 1 000-dən çox PUA-sını vurub

Rusiya son sutkada Ukraynanın 1 000-dən çox PUA-sını vurub
# 14 sentyabr 2026 14:13 (UTC +04:00)

Rusiya hava hücumundan müdafiə sistemləri son 24 saat ərzində 1025 Ukrayna pilotsuz uçuş aparatını vurub.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan başqa, Rusiya ordusu tərəfindən Ukrayna ordusunun dörd idarə olunan bombasının, dörd HIMARS raketinin və iki Neptun raketinin vurulduğu, Qara dənizdə Ukrayna pilotsuz qayığının məhv edildiyi açıqlanıb:

"Rusiya qüvvələri Ukraynadakı logistika mərkəzlərinə, enerji və nəqliyyat infrastrukturu obyektlərinə, eləcə də dron yığma zavodlarına və saxlama obyektlərinə zərbələr endirib".

Rusiya MN Ukraynanın son 24 saat ərzində xüsusi hərbi əməliyyat (müharibə - red.) zonasında ümumi itkilərinin təxminən 1375 nəfər təşkil etdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR