Bank Of Baku

Rusiya və Ukrayna arasında "200-ün 200-ə" formatında əsir mübadiləsi olub

Rusiya və Ukrayna arasında "200-ün 200-ə" formatında əsir mübadiləsi olub
# 05 mart 2026 15:48 (UTC +04:00)

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib.

APA-nın Moskva bürosu xəbər verir ki, əsir mübadiləsi "200-ün 200-ə" formatında baş tutub.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əsirlikdən azad olunan rusiyalı hərbçilər hazırda Belarus ərazisindədir.

Rəsmi Moskva Kiyevlə əsir mübadiləsində BƏƏ və ABŞ-ın vasitəçilik etdiyini açıqlayıb.

Rusiya prezidentinin köməkçisi Vladimir Medinski Ukrayna ilə əsir mübadiləsinin martın 6-da davam etdirələcəyini açıqlayıb.

“Rusiya və Ukrayna 5 və 6 mart tarixlərində Cenevrədə əldə edilən razılaşmaların bir hissəsi olaraq 500-500 nisbətində hərbi əsir mübadiləsi aparacaqlar” , - Putinin köməkçisi qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR