Bank Of Baku

Rusiya XİN: Tərəflər Ukrayna münaqişəsinin həllinə real olaraq yaxınlaşıb

Rusiya XİN: Tərəflər Ukrayna münaqişəsinin həllinə real olaraq yaxınlaşıb
# 26 dekabr 2025 23:35 (UTC +04:00)

“Ukrayna münaqişəsində tərəflər həqiqətən də münaqişəsinin həllinə yaxınlaşıblar”.

APA xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

"Düşünürəm ki, 25 dekabr 2025-ci il tarixi, həqiqətən də həll yoluna yaxınlaşdığımız bir mərhələ kimi yaddaşımızda qalacaq. Lakin son təkanı verib razılığa gələ bilməyimiz digər tərəfin siyasi iradəsindən asılıdır", - Ryabkov bildirib.

Onun sözlərinə görə, bu təkan Kiyev və tərəf müqabillərinin, xüsusən də razılığa sadiq olmayan Avropa Birliyindəki ölkələrin onu dayandırmaq üçün səylərini ikiqat artırdığı şəraitdə verilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR