Bank Of Baku

Rusiya XİN Zelenskinin Rusiyanın hava məkanı ilə bağlı dediklərini təkzib edib

Rusiya XİN Zelenskinin Rusiyanın hava məkanı ilə bağlı dediklərini təkzib edib
# 04 sentyabr 2026 22:03 (UTC +04:00)

Rusiyanın Xarici İşlər Nazirliyi Ukrayna prezidenti Volodimir Zelenskinin təhdidlərinə cavab olaraq Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) bəyanat göndərib.

APA xəbər verir ki, Ukrayna lideri daha əvvəl beynəlxalq aviaşirkətlərə Rusiya hava məkanından istifadə etməmək barədə xəbərdarlıq etmiş və bunu təhlükəli adlandırmışdı.

Nazirlik qeyd edib ki, bütün bu ifadələr real vəziyyəti təhrif edir və heç bir hüquqi qüvvəyə malik deyil. Rusiya tərəfi ICAO-nun baş katibini mülki aviasiya fəaliyyətinə Kiyevin qanunsuz müdaxiləsini qınamağa çağırıb.

Nazirlik onu da bildirib ki, Rusiya hava nəqliyyatı və onun yerüstü infrastrukturu, o cümlədən xarici aviaşirkətlərin uçuşlarını qəbul etmək və göndərməklə bağlı planlı əməliyyatları davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR