Rusiya Ukrayna Prezidenti Volodimir Zelenski administrasiyasının “törətdiyi bütün cinayətlər barədə məlumat toplamağa başlayıb” və bütün bunları beynəlxalq məhkəmələrdə araşdırmağa hazırlaşır.
TASS xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçev bildirib.
Senator bildirib ki, Zelenski beynəlxalq hüquq normalarına uyğun olaraq, Ukrayna ordusunun “onun nəzarəti altında törətdiyi cinayətlərə görə” məsuliyyət daşımalı olacaq.
“Biz artıq ictimai tribunal çərçivəsində baş verənlərin təhlilini, bütün inventarizasiyasını aparırıq”, - Kosaçev deyib.
O qeyd edib ki, ən başlıcası bu beynəlxalq tribunalın geosiyasi ambisiyalar naminə deyil, faktların qiymətləndirilməsinə obyektiv, sırf hüquqi müstəvidən yanaşan çoxlu sayda ölkələr tərəfindən tanınmasını və dəstəklənməsini təmin etməkdir.