Bank Of Baku

Rusiyada 200 illik kilsə yanıb

Rusiyada 200 illik kilsə yanıb
# 11 iyun 2026 11:47 (UTC +04:00)

Rusiyanın Yessentuki şəhərində 200 illik Müqəddəs Nikolay kilsəsi tamamilə yanıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, Yessentukidə 1826-cı ildə Bernardazzi qardaşlarının layihəsinə əsasən tikilmiş Müqəddəs Nikolay kilsəsində yanğın baş verib.

Təcili yardım xidmətlərinin məlumatına görə, yanğın 300 kvadrat metr ərazini əhatə edib, bina tamamilə yanıb.

İlkin məlumatlara görə, xəsarət alan olmayıb.

Kilsə Stavropol diyarının ən qədim kilsələrindən biri hesab olunurdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR