Bank Of Baku

Rusiyada 7-ci sinif şagirdi məktəbdə həmyaşıdını bıçaqlayıb, vəziyyəti ağırdır

Rusiyada 7-ci sinif şagirdi məktəbdə həmyaşıdını bıçaqlayıb, vəziyyəti ağırdır
# 19 fevral 2026 10:02 (UTC +04:00)

Rusiyanın Perm diyarının Aleksandrovsk şəhərinin məktəbində 7-ci sinif şagirdi həmyaşıdını bıçaqlayıb.

APA xəbər verir ki, bu barədə RBK Perm diyarının qubernatoru Dmitriy Maxoninə istinadən məlumat yayıb.

Dmitri Mахonin bildirib ki, xəsarət alan yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir. Onun sözlərinə görə, şagird Berezniki şəhərinin tibb müəsisəsinə təxliyə olunacaq.

“Zərərçəkmiş uşağın həyatını xilas etmək üçün mümkün olan hər şeyi edirik”, – qubernator vurğulayıb.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR