Bank Of Baku

Rusiyada çinli turistləri daşıyan avtomobil Baykal gölünə düşüb, 8 nəfər ölüb

Rusiyada çinli turistləri daşıyan avtomobil Baykal gölünə düşüb, 8 nəfər ölüb
# 20 fevral 2026 13:32 (UTC +04:00)

Rusiyada çinli turistləri daşıyan avtomobil Baykal gölünə düşüb.

APA-nın Rusiya bürosu xəbər verir ki, buzun üstündə hərəkət edən UAZ mikroavtobusu buzun altına gedib və göldə batıb.

Hadisə nəticəsində 8 nəfərin öldüyü bildirilib.

UAZ Çindən ekskursiyaya gələn turistləri daşıyırmış. Sürücü göldəki çatı hiss etməyib və nəqliyyat vasitəsi buzun altına gedib.

BAZA-nın məlumatına görə, nəqliyyat vasitəsindəki doqquz nəfərdən yalnız biri turist xilas ola bilib. İlkin məlumata görə, yerli sürücü və yeddi Çin vətəndaşı ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR