Bank Of Baku

Rusiyada əsgər yoldaşlarına atəş açıb, ölənlər və yaralananlar var

Rusiyada əsgər yoldaşlarına atəş açıb, ölənlər və yaralananlar var
# 17 oktyabr 2025 10:43 (UTC +04:00)

Moskva vilayətinin Naro-Fominski rayonundakı hərbi hissədə çağırışçı əsgər öz əsgər yoldaşlarına atəş açıb.

APA xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Telekanalın məlumatına görə, hadisə nəticəsində azı 3 nəfər yaralanıb, onlardan ikisini xilas etmək mümkün olmayıb. Daha bir əsgər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Yaralılardan biri anası ilə əlaqə saxlayıb və atışma barədə məlumat verib. Qadın dərhal hərbi hissəyə həkimləri və polisi çağırıb.

İnsidentin mümkün motivləri açıqlanmır. Bu məlumat rəsmi təsdiq olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR