Bank Of Baku

Rusiyada miqrantların evlərinə göndərdiyi puldan 3 faiz vergi tutula bilər

Rusiyada miqrantların evlərinə göndərdiyi puldan 3 faiz vergi tutula bilər
# 01 iyul 2026 13:48 (UTC +04:00)

Rusiya Dövlət Duması miqrantların xaricə pul köçürmələrinə 3% vergi tətbiq etməyi təklif edib.

APA-nın Moskva bürosu xəbər verir ki, miqrantların Rusiyada qazandıqları və evlərinə göndərdikləri puldan 3 faiz vergi tutmaq təklif olunub.

Bildirilib ki, ötən il Rusiyadan Qırğızıstana rekord həddə - 3,2 milyard dollar, Özbəkistana 15 milyard dollar və Tacikistana 7-9 milyard dollar göndərilib.

Dumanın "Ədalətli Rusiya" fraksiyasının rəhbəri Sergey Mironovun sözlərinə görə, məcburi vergi xəzinəyə ən azı 45 milyard rubl əlavə gəlir gətirəcək.

Deputat bildirib ki, hazırda dövlət büdcəsi bu köçürmələrdən heç nə qazanmır, yalnız ödəniş sistemləri və banklar komissiya alır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR