Bank Of Baku

Rusiyada xarici ID xidmətləri vasitəsilə avtorizasiya qadağan edilib

Rusiyada xarici ID xidmətləri vasitəsilə avtorizasiya qadağan edilib
# 07 iyul 2026 15:27 (UTC +04:00)

Rusiyada xarici ID xidmətləri vasitəsilə avtorizasiya qadağan edilib.

APA-nın Moskva bürosu xəbər verir ki, müvafiq qanun bu gündən qüvvəyə minib.

Qanuna görə, sayt və tətbiq sahibləri üçün cərimələr 700.000 rubla qədər təyin olunub. Cərimə Rusiya qanunvericiliyində nəzərdə tutulmayan identifikasiya metodlarından, o cümlədən xarici xidmətlər və xarici elektron poçt ünvanlarından istifadəyə görə tətbiq olunur.

Yeni qanunla rusiyalıların əvvəllər qeydiyyat üçün istifadə etdikləri xarici elektron poçt ünvanlarından Rusiya xidmətlərində istifadə etməyi qadağan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR