Bank Of Baku

Rusiyada yol qəzasında 7 nəfər ölüb

Rusiyada yol qəzasında 7 nəfər ölüb
# 11 noyabr 2026 23:40 (UTC +04:00)

Rusiyanın Mari El Respublikasının Zveniqovo rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər ölüb, xəsarət alanlar var.

APA xəbər verir ki, bu barədə respublikanın Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi məlumat yayıb.

Bildirilib ki, qəza yerli vaxtla saat 20:40 radələrində “Vyatka” avtomobil yolunun 45-ci kilometrliyində baş verib.

Hadisə yerinə Mari El Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşları cəlb olunub.

Qəzanın başvermə şəraiti araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR