Bank Of Baku

Rusiyalı generalın Krımda təyyarə qəzasında öldüyü təsdiqlənib

General Aleksandr Otroşenkon

© APA | General Aleksandr Otroşenkon

# 06 aprel 2026 12:24 (UTC +04:00)

Rusiya hakimiyyəti Krımdakı təyyarə qəzasında general Aleksandr Otroşenkonun öldüyünü təsdiqləyib.

APA-nın Moskva bürosu xəbər verir ki, Murmansk vilayətinin qubernatoru Andrey Çibis Rusiyanın Şimal Donanmasının 45-ci Ordusunun Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə komandanı general-leytenant Aleksandr Otroşenkonun Krımda An-26 hərbi nəqliyyat təyyarəsinin qəzasında ölənlər arasında olduğunu bildirib.

Bundan öncə, Rusiyada müxalif mətbuat təyyarə qəzasında generalın öldüyü barədə məlumat yayıb.

Qeyd edək ki, martın 31-də Rusiya Müdafiə Nazirliyinin An-26 hərbi nəqliyyat təyyarəsi Krımın hava məkanında qəzaya uğrayıb. Təyyarənin idarəetməni itirərək qayalara çırpıldığı bildirilib. Nəticədə 7-si ekipaj üzvü olmaqla 30 nəfər ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR