Bank Of Baku

Rusiyalı iş adamları Karapetyanın həbsindən sonra Ermənistandakı layihələrinin aqibətindən narahatdır

Rusia XİN MDB ölkələri üzrə Dördüncü departamentinin direktoru Mixail Kaluqin və iş adamı Samvel Karapetyan

© APA | Rusia XİN MDB ölkələri üzrə Dördüncü departamentinin direktoru Mixail Kaluqin və iş adamı Samvel Karapetyan

# 16 dekabr 2025 11:32 (UTC +04:00)

Rusiyadan olan iş adamları Ermənistanda həyata keçirdikləri layihələrin perspektivlərini daha ehtiyatla qiymətləndirməyə başlayıblar.

APA xəbər verir ki, bunu RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin bildirib.

Onun sözlərinə görə, buna səbəb Samvel Karapetyanın həbsi olub.

“Biznes nümayəndələri Ermənistanın investisiya mühitinin dayanıqlığı ilə bağlı suallar verməyə başlayıblar ki, bu da ikitərəfli ticarətin artan dinamikasının qorunmasına çətin ki, xidmət etsin”, — Kaluqin qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR