Bank Of Baku

Rusiyalı nazir: Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı Ermənistanla işləməyə davam edirik

Rusiyalı nazir: Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı Ermənistanla işləməyə davam edirik
# 01 sentyabr 2026 14:17 (UTC +04:00)

Rusiya Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı bütün öhdəliklərini yerinə yetirərək Ermənistanla əvvəlki kimi işləməyə davam edir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiyanın nəqliyyat naziri Andrey Nikitin bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi mütəmadi olaraq bununla bağlı bəyanatlar səsləndirirlər.

"Biz Ermənistanla həmişəki kimi işləyirik, bütün öhdəliklərimizi yerinə yetiririk."

Rusiyalı nazir əlavə edib ki, İrəvan hələ rəsmi olaraq heç nədən imtina etməyib.

"Onlar bəyanatlar səsləndirməyə davam edirlər, amma imtina yoxdur - biz həmişəki kimi işləyirik."

Qeyd edək ki, Ermənistan baş nazirir Nikol Paşinyan bildirib ki, Ermənistan Rusiyadan Rusiya Dəmir Yollarının törəmə şirkətinə məxsus dəmir yolu idarəetmə konsessiyasını üçüncü ölkəyə satmağı xahiş edir. Ermənistan dəmir yolları 2008-ci ildə 30 illik müqavilə çərçivəsində Moskvaya verilib.

Ermənistan Baş nazirinin sözlərinə görə, satış İrəvanın beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiya etmək üçün tarixi fürsəti itirməsinin qarşısını almaq üçün vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR