Bank Of Baku

Rusiyanın bir neçə regionuna PUA hücumu olub, ölən və yaralananlar var

Rusiyanın bir neçə regionuna PUA hücumu olub, ölən və yaralananlar var
# 08 iyul 2026 12:07 (UTC +04:00)

Rusiyanın Saratov, Voronej vilayətləri və Tatarıstan ərazisi iyulun 8-nə keçən gecə Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

APA-nın xəbərinə görə, Saratov vilayətinin qubernatoru Roman Busargin bildirib ki, PUA hücumu nəticəsində mülki infrastruktur obyektlərinə ziyan dəyib, bir nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb. Yerli və Ukrayna mənbələri hücum zamanı Saratov neft emalı zavodunda yanğın baş verdiyini xəbər verib.

Voronej vilayətində isə yerli “Telegram” kanallarında yayılan görüntülər və açıq mənbələrin təhlili Borisoqlebsk hərbi aerodromu ərazisində dron zərbələrindən sonra yanğın baş verdiyini göstərir.

Tatarıstan rəhbərliyi də Nijnekamsk şəhərində yerləşən bəzi sənaye müəssisələrinin "kütləvi PUA hücumu" nəticəsində zədələndiyini təsdiqləyib. Respublika başçısının mətbuat xidməti xəsarət alanların olduğunu, lakin ağır nəticələrin qeydə alınmadığını açıqlayıb.

Ukrayna və bəzi müstəqil mənbələr hücumun hədəfləri arasında "Nijnekamskneftxim" və TAİF-NK neft emalı kompleksinin də olduğunu iddia edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR