Bank Of Baku

Rusiyanın keçmiş Baş naziri terrorçular və ekstremistlər siyahısına daxil edilib

Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov

© APA | Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov

# 17 noyabr 2025 16:13 (UTC +04:00)

Rusiyanın keçmiş Baş naziri Mixail Kasyanov terrorçular və ekstremistlər siyahısına daxil edilib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə "Rosfinmonitorinq"in saytında məlumat yerləşdirilib.

Bundan başqa, həmin siyahıya "Novaya Gazeta: Avropa"nın baş redaktoru Kirill Martınov və iqtisadçı Sergey Quryev də daxil edilib.

Qeyd edək ki, Kasyanov 2000-2004-cü illərdə Rusiya Hökümətinin sədri vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR