Bank Of Baku

Rusiyanın Krasnodar vilayətinə kütləvi PUA hücumu olub

Rusiyanın Krasnodar vilayətinə kütləvi PUA hücumu olub
# 12 avqust 2026 11:06 (UTC +04:00)

Rusiyanın Krasnodar vilayətində 12 avqust gecəsi kütləvi PUA hücumu baş verib.

APA xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi ölkənin müxtəlif regionları üzərində gecə ərzində 502 PUA-nın məhv edildiyini və ya ələ keçirildiyini açıqlayıb.

Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev bildirib ki, hava hücumu zamanı yüzlərlə pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

Hücumun əsas istiqamətlərindən biri Novorossiysk olub. Şəhərdə PUA qalıqlarının yaşayış binalarına düşməsi nəticəsində 8 yaşlı uşaq həlak olub, daha 8 nəfər yaralanıb. Şəhərdə 21 yaşayış binasına və dörd müəssisəyə ziyan dəydiyi bildirilir.

Dron hücumu nəticəsində Temryuk rayonunun Volna qəsəbəsində də bir kişi ölüb. Beləliklə, Krasnodar vilayətində gecə hücumunda ölənlərin sayı ən azı iki nəfər olub.

Sevastopol da gecə hücumlarının hədəflərindən biri olub. Şəhərin Rusiya tərəfindən təyin edilmiş qubernatoru Mixail Razvojayev 30-dan çox Ukrayna dronunun zərərsizləşdirildiyini deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR