Paşha Bank
Bank Of Baku

Azərbaycana qarşı informasiya kampaniyasının müəlliflərindən olan "Rybar" kanalının yaradıcısı Mixail Zvinçuk Monteneqroda saxlanılıb

Azərbaycana qarşı informasiya kampaniyasının müəlliflərindən olan "Rybar" kanalının yaradıcısı Mixail Zvinçuk Monteneqroda saxlanılıb
# 09 oktyabr 2026 12:18 (UTC +04:00)

Rusiyanın "Rybar" Telegram kanalının yaradıcısı Mixail Zvinçuk Monteneqroda saxlanılıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, yerli "Vijesti" qəzeti Mixail Zvinçuk, həyat yoldaşı Valeriya və "Rybar"ın daha üç əməkdaşının bu səhər Monteneqronun Risan şəhərində saxlanıldığı barədə məlumat yayıb.

Bildirilib ki, əməliyyat Monteneqro polisi və ölkənin Milli Təhlükəsizlik Agentliyi tərəfindən həyata keçirilib.

Bunun xarici informasiya təsir əməliyyatlarında iştirak edən Telegram kanallarının hibrid fəaliyyətlərinin qarşısının alınması ilə əlaqəli olduğu bildirilib.

Mixail Zvinçuku Monteneqroda 15 ilə qədər həbs cəzası gözləyir. "Rybar" Telegram kanalının təsisçisinin həbsi barədə qərarın 72 saat ərzində veriləcəyi bildirilib.

Qeyd olunub ki, Zvinçuk, həyat yoldaşı və çəkiliş heyəti 24 saat ərzində prokurora təhvil veriləcək. Hazırda onlar Kotor polis bölməsində dindirilirlər.

Xatırladaq ki, "Rybar" Teleqram kanalı və onun təsisçisi bloger Mixail Zvinçuk Rusiyada Azərbaycana qarşı aparılmış çirkin informasiya kampaniyasının müəlliflərindən biridir. Zvinçukun həm müəllifi olduğu "Rybar" kanalında, həm də anti-Azərbaycan mövqeli "Tsarqrad" kanalında çox saylı Azərbaycan əleyhinə yazılarına rast gəlmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR