Rusiyanın Tümen vilayətinin Tobolsk şəhərində yerləşən “Sibur-ZapSibNeftekhim” neft-kimya kompleksi dron hücumundan sonra fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb.
Bu barədə "Reuters" üç mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, müəssisə avqustun 10-da baş verən dron hücumu nəticəsində zərər görüb.
Mənbələrdən biri Rusiyanın ən böyük mayeləşdirilmiş neft qazı istehsal müəssisəsi olan kompleksin qeyri-müəyyən müddətə fəaliyyətini dayandırdığını bildirib.
Hazırda mütəxəssislər obyektə dəymiş ziyanın miqyasını və hücumun mümkün nəticələrini qiymətləndirirlər.
Müəssisənin fəaliyyətindəki fasilə Sankt-Peterburq Beynəlxalq Əmtəə Birjasının məlumatlarında da özünü göstərib.
Belə ki, avqustun 11-də Tobolsk məntəqəsindən göndərilmək üçün heç bir mayeləşdirilmiş qaz həcmi satışa çıxarılmayıb.