Bank Of Baku

Simonyan: Paşinyanın Rusiyada erməni icması ilə görüşünü pozmaq istəyiblər

Ermənistanın Baş nazir Nikol Paşinyan

© APA | Ermənistanın Baş nazir Nikol Paşinyan

# 25 dekabr 2025 13:39 (UTC +04:00)

Ermənistanın Baş nazir Nikol Paşinyanın Sankt-Peterburqa səfəri zamanı onun Rusiyadakı erməni icması ilə görüşünü pozmaq üçün cəhdlər olub.

APA xəbər verir ki, bu barədə Ermənistan mediası parlamentinin spikeri Alen Simonyana istinadən məlumat yayıb.

“Baş nazirin Rusiya Federasiyasına səfərinin və erməni icması ilə görüşünün uğursuz keçməsi üçün böyük səylər göstərildi. Lakin bu baş tutmadı və baş tutmayacaq”, - Simonyan sosial şəbəkədə yazıb.

O, Paşinyana qarşı mitinqə dəvət olunduğunu iddia edən sosial şəbəkə istifadəçisi ilə yazışmanı da paylaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR