Bank Of Baku

Şoyqu: Moskva-Bakı münasibətlərindəki böhran həll olunub

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu

© APA | Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu

# 17 sentyabr 2026 15:18 (UTC +04:00)

Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

O, İrəvanın NATO ilə əməkdaşlığı genişləndirmək istəyinə və Avrasiya İqtisadi İttifaqı və KTMT-yə qarşı istehlakçı münasibətinə işarə edib.

Şoyqu qeyd edib ki, Rusiya Cənubi Qafqazda sülhün, cənub tərəfdaşları ilə ünsiyyətin və təhdidlərin olmamasının təmin edilməsində maraqlıdır: “Cənubi Qafqazda Qərbə yalnız resurslar və logistika marşrutları üzərində nəzarət lazımdır. Qərbin planlarına Rusiyanın Qlobal Cənubla qarşılıqlı əlaqələrini azaltmaq və onu qlobal proseslərdən təcrid etmək daxildir. ABŞ-la Avropa Rusiya və İranın mövqelərini zəiflətməkdə və Cənubi Qafqazda öz qaydalarını yaratmaqda maraqlıdır”.

Şoyqu bildirib ki, Moskva ilə Bakının münasibətlərindəki böhran həll olunub, indi əməkdaşlıq inkişaf etdirilməlidir.

O, “Qərbin Gürcüstandakı siyasi vəziyyətə həyasızcasına müdaxilə etməyə çalışdığını, Rusiyanın isə Gürcüstanla iqtisadi və humanitar əlaqələrin inkişafına kömək etməyə hazır olduğunu” vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR