Bank Of Baku

Şoyqu Quterreşi Qara Dəniz Taxıl Təşəbbüsünü pozmaqda ittiham edib

Şoyqu Quterreşi Qara Dəniz Taxıl Təşəbbüsünü pozmaqda ittiham edib
# 17 iyun 2026 14:07 (UTC +04:00)

Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşüb.

APA-nın Moskva bürosu xəbər verir ki, görüşdə təhlükəsizliyin möhkəmlənməsi müzakirə olunub.

Şoyqu bildirib ki, Moskva və Ankara Ukrayna ilə bağlı 2022-ci il İstanbul razılaşmalarının həyata keçirilməsini təmin etmək üçün əlindən gələni edib, lakin Qərb onları pozub: "İstanbul razılaşmaları o vaxt birgə hazırlanıb. Qərbin müdaxiləsi olmasaydı, bu işi başa çatdırmaq üçün hər cür imkanımız olardı".

Şoyqu BMT-nin Baş katibi Antonio Quterreşi Qara Dəniz Taxıl Təşəbbüsünü pozmaqda ittiham edib: "Razılaşmalarda iştirak edən yeganə - üçüncü iştirakçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməyib. Mən BMT-ni, cənab Antonio Quterreşi nəzərdə tuturam".

O vurğulayıb ki, Rusiya və Türkiyə isə öz növbəsində öhdəliklərini tam yerinə yetirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR