Bank Of Baku

Şoyqu və Armen Qriqoryan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Armen Qriqoryan, Sergey Şoyqu

© APA | Armen Qriqoryan, Sergey Şoyqu

# 05 noyabr 2025 16:48 (UTC +04:00)

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

APA-nın Moskva bürosu TASS-a istinadən xəbər verir ki, görüşdə Şoyqu Qafqazdakı vəziyyətin daim diqqət tələb etdiyini bildirib.

"Bizim üçün saatlarımızı sinxronlaşdırmaq vacibdir. Son hadisələr, regionda - bütövlükdə Qafqazda, Cənubi Qafqazda baş verən müxtəlif inkişaflarla bağlı hər şey daimi diqqətimizi və məsləhətləşmələrimizi tələb edir", - Şoyqu vurğulayıb.

A.Qriqoryan isə regiondakı vəziyyətlə bağlı detalları bölüşməyə hazır olduğunu bildirib və görüşmək imkanına görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Şoyqu-Qriqoryan danışıqları bu gün Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin görüşü çərçivəsində baş tutub. Şoyqunun azərbaycanlı həmkarı Ramil Usubovla da görüşəcəyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR