Bank Of Baku

Tacikistan Əfqanıstanla sərhədin mühafizəsinə görə Rusiya ilə danışıq aparır

Tacikistan Əfqanıstanla sərhədin mühafizəsinə görə Rusiya ilə danışıq aparır
# 02 dekabr 2025 18:13 (UTC +04:00)

Tacikistan Əfqanıstanla sərhədinin mühafizəsində iştirak etməsi üçün Rusiya ilə danışıqlar aparır.

APA xəbər verir ki, bu barədə Tacikistanın təhlükəsizlik sistemindən olan 3 anonim mənbə “Reuters”ə bildirib.

Məlumata görə, rəsmi Düşənbə Rusiyanın Tacikistan-Əfqanıstan sərhədinə öz qüvvələrini göndərməsini və Əfqanıstanla sərhədi Tacikistanla birgə mühafizə etməsini istəyir.

“Biz danışıqlar aparırıq. Düşünürəm ki, bu həftə ərzində yekun qərar veriləcək”, - mənbə deyib.

Qeyd edək ki, ötən həftə Əfqanıstandan Tacikistana edilən hücum nəticəsində 5 Çin vətəndaşı öldürülüb və daha 5 nəfər isə yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR