Bank Of Baku

Tailandda qətlə yetirilən iki Rusiya vətəndaşından əlavə daha üç nəfərin meyiti aşkarlanıb

Tailandda qətlə yetirilən iki Rusiya vətəndaşından əlavə daha üç nəfərin meyiti aşkarlanıb
# 31 iyul 2026 17:52 (UTC +04:00)

Tailandda qətlə yetirilən iki Rusiya vətəndaşının işi üzrə aparılan istintaq çərçivəsində daha üç nəfərin meyitinin aşkarlandığı bildirilir.

APA xəbər verir ki, bu barədə yerli KİV polisə istinadən məlumat yayıb.

Məlumata görə, saxlanılan və əvvəllər məhkum olunmuş Ponq və Thonq adlı şübhəlilər 17 yaşlı Roman və onun 22 yaşlı bacısı Diananı öldürdüklərini etiraf edərək meyitlərin basdırıldığı yeri göstəriblər.

Bildirilir ki, polis həmin ərazidə axtarış apararkən daha üç meyit də aşkar edib. İlkin ehtimala görə, onlar gənc rusiyalıların qətlinin şahidi olmuş eyni ailənin üzvləridir. Bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Mətbuatın yazdığına görə, Rusiyanın Tümen vilayətindən olan bacı-qardaşın qətli onların motosikletini ələ keçirmək məqsədilə törədilib. Polis bir neçə günlük axtarışdan sonra motosikleti hissələrə ayrılmış vəziyyətdə şübhəlilərdən birinin evinin yaxınlığında torpağa basdırılmış halda tapıb.

Məlumata əsasən, şübhəlilər polis əməkdaşı formasında qaçmağa cəhd etsələr də, təqibdən sonra saxlanılıblar.

Tailand polisi istintaqı davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR