Qazaxıstanda hökumət istefaya göndərilib.
APA xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən Qazaxıstan hökumətinin üzvləri Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənənə qədər vəzifələrini icra edəcəklər.
Qeyd edək ki, avqustun 23-də Qazaxıstanın yeni birpalatalı parlamenti olan Kurultaya seçkilər keçirilib.