Rusiyanın Tümen neft emalı zavodunun ərazisində pilotsuz uçuş aparatının (PUA) düşməsindən sonra yanğın baş verib.
APA xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Moor məlumat yayıb.
Onun sözlərinə görə, hadisə yerində fövqəladə xidmətlərin mütəxəssisləri işləyir.
“Vəziyyəti şəxsi nəzarətimdə saxlayıram”, – qubernator “Max” platformasında yazıb.
Hadisənin digər təfərrüatları, o cümlədən zərərin miqyası və PUA-nın mənşəyi barədə məlumat açıqlanmayıb.