Bank Of Baku

Tümendə sənaye müəssisəsinə PUA-larla hücum edilib, yanğın başlayıb

Tümendə sənaye müəssisəsinə PUA-larla hücum edilib, yanğın başlayıb
# 10 avqust 2026 16:10 (UTC +04:00)

Rusiyanın Tümen vilayətində sənaye müəssisələrindən birinin ərazisinə bir neçə pilotsuz uçuş aparatının düşməsi nəticəsində yanğın baş verib.

APA xəbər verir ki, bu barədə Tümen vilayətinin qubernatoru Aleksandr Moor məlumat verib.

Onun sözlərinə görə, hadisə yerində fövqəladə hallar xidmətləri işləyir və vəziyyət onun şəxsi nəzarətindədir.

Ukraynanın OSINT monitorinq resursları isə hədəfin Tümen neft emalı zavodu ola biləcəyini yazır.

Qeyd olunur ki, zavod iyun və iyulun sonlarında da PUA hücumlarına məruz qalıb. Müəssisə Ukrayna sərhədindən 2 min kilometrdən çox məsafədə, Qərbi Sibirdə yerləşir.

Tümen NEZ Rusiyanın iri müstəqil neft emalı müəssisələrindən biri hesab olunur və ildə təxminən 7,5–9 milyon ton neft emal etmək gücünə malikdir. Zavod əsasən Qərbi Sibir və Ural bölgələrini benzin və dizel yanacağı ilə təmin edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR