Bank Of Baku

Ukrayna bu il Rusiyaya ən kütləvi hava hücumu həyata keçirib, 822 dron vurulub

Ukrayna bu il Rusiyaya ən kütləvi hava hücumu həyata keçirib, 822 dron vurulub
# 16 avqust 2026 10:55 (UTC +04:00)

Avqustun 16-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qarşı həyata keçirdiyi pilotsuz uçuş aparatı hücumu ilin əvvəlindən bəri ən genişmiqyaslı hücum olub.

APA Rusiya Müdafiə Nazirliyinin məlumatlarına istinadən xəbər verir ki, gecə ərzində Rusiyanın müxtəlif regionları, eləcə də Azov və Qara dənizləri üzərində ümumilikdə 822 Ukrayna PUA-sının ələ keçirildiyi və məhv edildiyi bildirilib.

Dronların Belqorod, Bryansk, Vladimir, Volqoqrad, Voronej, Kaluqa, Kursk, Lipetsk, Nijni Novqorod, Oryol, Rostov, Ryazan, Tambov və Tula vilayətləri, Moskva regionu, Krasnodar diyarı və Krım üzərində vurulduğu açıqlanıb.

Bundan əvvəl avqustun 15-nə keçən gecə Rusiya regionlarına hücum zamanı 598 PUA-nın vurulduğu bildirilmişdi. 2026-cı ildə bundan əvvəl ən böyük hücum iyunun 26-da qeydə alınmış, həmin vaxt 660 pilotsuz uçuş aparatının məhv edildiyi açıqlanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR