Bank Of Baku

Ukrayna Qara dənizdə Qazaxıstan neftini daşıyan tankerə zərbə endirib

Ukrayna Qara dənizdə Qazaxıstan neftini daşıyan tankerə zərbə endirib
# 20 iyul 2026 12:20 (UTC +04:00)

Ukrayna yenidən Qara dənizdə Qazaxıstan neftinin yükləndiyi tankerə hücum edib.

APA xəbər verir ki, bu barədə operator şirkət Xəzər Boru Kəməri Konsorsiumu (KTK) məlumat yayıb.

Bildirilib ki, pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücum zamanı yükləmə prosesində olan "NELSA" tankerinə zərbə endirilib.

Məlumata görə, zərbə nəticəsində tankerin arxa hissəsində göyərtədə və daxili bölmələrdə yanğın baş verib. Yanğın bir neçə saat ərzində söndürülüb və tanker üzmə qabiliyyətini qoruyub saxlayıb.

Hadisədən sonra neftin yüklənməsi dayandırılıb. Qeyd olunub ki, neft sızmasına yol verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR