Ukrayna ordusu avqustun 1-dən 8-dək Qara və Azov dənizlərində Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmiyə zərbə endirib.
APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandiri Robert Brovdi “Telegram” kanlında paylaşım edib.
Onun sözlərinə görə, iyulun 6-dan avqustun 8-dək davam edən əməliyyat zamanı ümumilikdə Rusiyanın 218 gəmisi effektiv şəkildə hədəfə alınıb.
Brovdinin məlumatına görə, bunlardan 134-ü Azov dənizində, 84-ü isə Qara dənizdə yerləşib.
O, həmçinin bildirib ki, əməliyyat zamanı Gelencik yaxınlığında “kölgə donanması”na məxsus daha bir gəmi vurulub.