Bank Of Baku

Ukrayna Rusiyanın ən böyük neft emalı zavodlarından birinə və Krımdakı hərbi obyektlərə zərbə endirib

Ukrayna Rusiyanın ən böyük neft emalı zavodlarından birinə və Krımdakı hərbi obyektlərə zərbə endirib
# 29 iyul 2026 12:58 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələri ötən gecə Rusiyanın bir sıra strateji hərbi obyektlərinə, o cümlədən Ryazan Neft Emalı Zavoduna, Krımda yerləşən hərbi kater bazasına və radiolokasiya stansiyasına zərbələr endirib.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, əsas hədəflərdən biri Rusiyanın Ryazan vilayətində yerləşən Ryazan Neft Emalı Zavodu olub. Bildirilib ki, müəssisə Rusiyanın ən böyük beş neft emalı zavodundan biridir və illik emal gücü təxminən 17 milyon ton neft təşkil edir.

Baş Qərargahın məlumatına əsasən, Ukrayna qüvvələri Krımda yerləşən Rusiya hərbi kater bazasına və radiolokasiya stansiyasına da zərbələr endirib. Hədəflərə dəyən ziyanın miqyası barədə əlavə məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR