Bank Of Baku

Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub

Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
# 31 oktyabr 2026 12:34 (UTC +04:00)

Ukraynanın 3-cü əlahiddə hücum briqadasının hərbçiləri Luqansk vilayətində Rusiyaya məxsus Mi-8 hərbi helikopterini dronla vurublar.

Bu barədə Ukraynanın 3-cü Ordu Korpusu məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı 3-cü hücum briqadasının pilotsuz sistemlər batalyonunun zərbə PUA-ları bölüyünün operatorları Rusiyaya məxsus Mi-8 helikopterini yerdə aşkarlayaraq vurublar.

Məlumata görə, helikopter tamamilə yanaraq sıradan çıxıb.

Rusiya ordusu Mi-8 helikopterlərindən şəxsi heyətin və yüklərin daşınması, yaralıların təxliyəsi, eləcə də döyüş əməliyyatlarına atəş dəstəyi üçün istifadə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR