Bank Of Baku

Ukraynanın Luqansk vilayətinə PUA hücumu nəticəsində rahib ölüb

Ukraynanın Luqansk vilayətinə PUA hücumu nəticəsində rahib ölüb
# 29 iyul 2026 17:07 (UTC +04:00)

Ukraynanın Luqansk vilayətinə pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində rahib Rafael Anisimov həlak olub.

Bu barədə Rusiya Pravoslav Kilsəsi məlumat yayıb.

Bildirilib ki, hadisə Luqansk vilayətinin Troitsk rayonunda baş verib. Hücum zamanı Qatçina Yeparxiyasının İoann Boqoslov Çeremenets monastırının rahibi Rafael Anisimov həyatını itirib.

Məlumata görə, insident zamanı hərbi hissələrdən birində mömin hərbçilərlə iş üzrə komandir köməkçisi, iyeromonax İlarion Kaçur da yaralanıb. Onun ayağından qəlpə yarası aldığı və müalicə olunacağı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR